Futbol üzrə Azərbaycanın I Liqasında mübarizə aparan “Mingəçevir"ə yeni baş məşqçi təyin edilib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda PRO kateqoriyalı mütəxəssis Ramiz Məmmədova həvalə olunub.

56 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramiz Məmmədov bu postda Füzuli Məmmədovu əvəzləyib.