AZ

Rafael Fiziyevdən braziliyalı döyüşçüyə ÇAĞIRIŞ - FOTO

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev braziliyalı Çarlz Oliveyranı döyüşə çağırıb.

İdman.biz xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində "MMA Orbit" səhifəsinin Çarlzın bu ilin sonlarında oktaqona qayıtmaq planları ilə bağlı paylaşıma münasibət bildirib.

Fiziyev Çarlzın qayıdışı ilə bağlı xəbərini repost edərək onunla döyüşmək istəyində olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, MMA-da 17 döyüş keçirən təmsilçimiz onlardan 13-də qələbəyə sevinib. Sabiq kəmər sahibi Çarlz Oliveyra isə 46 görüşdən 35-də qalib gəlib.

İdman.biz

Seçilən
6
1
idman.biz

2Mənbələr