AZ

Bakı və İrəvan Abu-Dabidə ortaq düşmənə qarşı birləşdi

Rəsmi Moskva bunun fərqindədir. Başa düşür ki, Rusiyaya nifrət o həddədir ki, gələcək naminə yağı düşmənlər belə Rusiyaya qarşı birləşirlər.

Olaylar.az xəbər verir ki, bu barədə mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, "Avronyus" "Ermənistan və Azərbaycan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb kənara ataraq, sülhə yaxınlaşır" yazıb, "Moskva Tayms" isə belə yazmışdı: "Son 35 ilin çox hissəsini bir-biri ilə münaqişədə keçirən Ermənistan və Azərbaycanın indi ortaq bir düşməni var: Kreml":

"Tərəflər bir-biri ilə birbaşa danışıqlar aparırlar. Ancaq pərdə arxasında ABŞ-ın dayanması kimsəyə sirr deyil. Oyundan kənarda qalan Rusiya Ermənistan və Azərbaycana qarşı nə edəcək? Rusiya Ermənistanda dövlət çevrilişi etməyə çalışır. Bu məqsədlə hətta keşişlərdən də istifadə etdi. Alınmadı. Niyə alınmadı? Çünki ABŞ buna imkan vermir. Vaşinqton var gücü ilə Nikol Paşinyanı qoruyur. Xatırladım ki, dünyada ən böyük ABŞ səfirliyi məhz İrəvanda yerləşir.

Azərbaycanda isə Rusiyanın iqtidar dəyişikliyi həyata keçirməsi ümumiyyətlə mümkünsüz görünür. Rusiya-Ukrayna müharibəsində ciddi şəkildə zəifləyən Rusiya Cənubi Qafqazda və Türküstanda əvvəlki təsir imkanlarının ən azı 60-70 faizini itirib. Rusiyanın daxilində də antimüharibə əhval-ruhiyyəsinin güclənməsi Putin rejimini getdikcə zəiflədir...

Zəngəzur dəhlizinin ABŞ-ın nəzarəti altında açılması İranı da məyus edib. İran ABŞ və Avropa İttifaqını öz sərhədlərində görmək istəmirdi. Ancaq İsrail-İran savaşından sonra xeyli zəifləyən molla rejiminin prosesə müqavimət göstərmək imkanı qalmayıb.

Şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasına ən böyük dəstəyi Türkiyə verir. Rusiya və İranın Cənubi Qafqazda əriyib gedən təsir imkanları Türkiyənin əlinə keçir. Azərbaycanın Cənubi Qafqazda dominant ölkə olması da Türkiyənin işinə yarıyır...

Zəngəzur dəhlizi Türk Dünyasının iqtisadi, siyasi və hərbi baxımdan daha da yaxınlaşmasını sürətləndirəcək. Bu isə özü ilə yeni imkanlar gətirəcək. Belə ki, Türk Dünyası dünyanın yeni güc mərkəzlərindən birinə çevrilmək şansı qazanacaq. Bu şansı isə əldən qaçırmaq olmaz..." (bakupost.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
1
olaylar.az

2Mənbələr