"Yunus Oğuz Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən, fərqlənən və heç kəsə bənzəməyən bir yazıçıdır. O, xalqının keçmişini dərindən öyrəndiyi və bildiyi üçün bu gününə və gələcəyinə dair kifayət qədər aydın mövqeyi, fikirləri və düşüncələri olan bir müəllifdir. Bu biliyə əsaslanaraq, öz yazı üslubunu və ədəbi istiqamətini də olduqca sadə və aydın şəkildə müəyyən edə bilir. Bu isə hər yazıçıda olmayan, yalnız çox az sayda qələm sahibində rast gəlinən bir keyfiyyətdir. Məhz buna görə də Yunus Oğuzun istənilən kitabını əlinə alıb oxuyanda müəllifin adı yazılmasa belə, dərhal hiss olunur ki, bu əsər yalnız Yunus Oğuzun qələminin məhsuludur. Onun əsər "Cığır" olsa da, o özü Azərbaycan ədəbiyyatında cığır aça bilmiş müvəffəq və əbədi bir körpüdür. Digər tərəfdən, Yunus Oğuz Türk dünyasında da kifayət qədər tanınır və ədəbi, ictimai-siyasi sahədə önəmli xidmətlər göstərmişdir.
Mənim fikrimcə, uğurlu bir ədəbiyyatçı yalnız qələmi ilə deyil, həm də ictimai mövqeyi və siyasi aktivliyi ilə seçilməlidir. Xüsusilə Şərq təfəkküründə və Şərq cəmiyyətində buna həm ehtiyac, həm də tələbat var. Məhz bu baxımdan Yunus Oğuz eyni zamanda ictimai-siyasi xadimdir. O, yaxşı bilir ki, qələmi Koroğlu, Şah İsmayıl kimi qılıncla birləşdirmədən heç bir uğur qazanmaq olmaz. O, dərk edir ki, ədəbiyyat ən böyük siyasətdir. Buna görə də Vətən torpağına olan sevgisini həm əsərlərində, həm də ictimai fəaliyyətində dolğun şəkildə nümayiş etdirib. Bu isə Azərbaycan cəmiyyəti və Türk dünyası tərəfindən hər zaman yüksək qiymətləndirilib və bundan sonra da qiymətləndiriləcəkdir.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm: Yunus Oğuz xalqını və dövlətini təmənnasız şəkildə sevir. O, heç bir zaman nəyinsə qarşılığını gözləmədən xidmət edib. Həmçinin, heç bir vəzifə və məqamın arxasınca getməyib. Mən onu şəxsi tanıyan biri kimi deyə bilərəm ki, Yunus Oğuzda gördüyüm ən mühüm və əvəzolunmaz xüsusiyyətlərdən biri də bu təmənnasızlıqdır. Bu təmənnasız yanaşma həm dostlarına, həm Vətənə, həm də dövlətə münasibətdə özünü göstərir. Düşünürəm ki, bu keyfiyyət digər ədəbiyyatçılarımızda və xüsusilə ictimai-siyasi xadimlərimizdə də olmalıdır - yəni qarşılıq gözləmədən Vətənə, dostlara və dövlətə xidmət etmək!
Yunus müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni-yeni uğurlar və davamlı yaradıcılıq uğurları arzu edirəm".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta