AZ

Acarıstan hökumətinin keçmiş başçısı müalicə üçün Türkiyəyə aparılıb

Daha əvvəl güllə yarası almış Acarıstan hökumətinin keçmiş sədri Tornike Rijvadze müalicə üçün Türkiyəyə aparılıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə klinikasına köçürülən zaman Rijvadzenin vəziyyəti sabit, amma ağır olaraq qalırdır. Onun ağciyərləri ciddi ziyan görüb.

Hadisə ilə bağlı əsas versiya intihardır. O, iyulun 7-də döş qəfəsindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkimlər onun paltarında məktub tapıblar.

Daha əvvəl insidentlə bağlı Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Axvledianinin saxlanıldığı bildirilmişdi. Belə ki, Rijvadze məhz onun silahından istifadə etmişdi.

Rijvadze 2025-ci il aprelin əvvəlində öz istəyi ilə Acarıstan hökumətinin sədri vəzifəsindən istefa verib.

Seçilən
44
1
report.az

2Mənbələr