AZ

“Yeriyə bilmirdim, atam tərk etdi” – Günayın bu sözləri Türkiyəni duyğulandırdı - VİDEO

“Yetenek sizsiniz Türkiye”də daha bir azərbaycanlı iştirak edib.
 
Moderator.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə yox, həm də hekayəsi ilə münsifləri təsirləndirib.
 
Günay 9 yaşın qədər yeriyib, danışa bilmədiyini, bu səbəbdən atasının onu tərk etdiyini bildirib.
 
Bu səmimi etiraf studiyada duyğulu anlar yaşadıb. Münsiflər hekayədən təsirləndiklərini gizlətməyiblər. Günay isə səhnədə sərgilədiyi performansla hər kəsə onun nə qədər güclü və istedadlı biri olduğunu göstərib.
 
Enerjili və peşəkar çıxışından sonra Günay 4 jüri üzvündən də “HƏ” cavabı alaraq birinci turu uğurla tamamlayıb.
 
İştirakçı hər 4 jüridən “hə” cavabı alaraq birinci turu tamamlayıb.
Seçilən
14
2
moderator.az

2Mənbələr