“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırıb.
Redon Cica düşərgəni tərk edib.
Belə ki, ağdamlılar gələn ilin yayına qədər müqaviləsi olan albaniyalı forvardla yollarını ayırıb.
Uzun müddətdir Cicanı sözləşmənin ləğvinə razı salmağa çalışan “Qarabağ” rəhbərliyi, nəhayət ki, arzusuna çatıb.
“Qarabağ”a 2023-cü ilin əvvəlində “Tirana”dan keçən Redon karyerasını Əlcəzairdə davam etdirəcək. Onun “Beluizdad“la danışıqlar apardığı bildirilir.
Bununla Yassin Benzia, Patrik Andrade və Marko Veşoviçdən sonra “Qarabağ”la vidalaşan 4-cü legioner Cica olub.
SPORTİNFO.AZ