“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev Azərbaycanda işlədiyi dövrdən danışıb.
Sportinfo.az xəbər verir ki, hazırda Rusiyanın “Krasnodar” klubunu çalışdıran mütəxəssis "Sport Ekspress"ə açıqlamasında "Sabah"dakı işi ilə fəxr etdiyini bildirib:
“Mən Azərbaycana gedəndə biz orada çoxlu yeni şeylər sınamağa başladıq. Təzə ideyalar, emosiyalar, əla nəticələr ortaya çıxdı.
Bu işlə qürurlanıram. Çünki "Sabah" indi ölkədə böyük klub sayılır və artıq Vasili Beresutski ilə kuboku qazandıqdan sonra üçüncü dəfə avrokuboklarda oynayacaq",
Murad Musayev 2021-2024-cü illərdə "Sabah"ı çalışdırıb. "Krasnodar" ötən mövsüm Musayevin rəhbərliyi altında tarixində ilk dəfə Rusiya çempionu olub.