AZ

Məktəblərdə rus bölmələri BAĞLANIR?

Yazını böyüt
Yazını kiçilt

"Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil".

Hafta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu gün ölkədəki məktəblərdə rus dili fəni üzrə müəllim çatışmazlığı var:

"Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi öncəliyimizdir. Çünki şagird dövlət büdcəsi hesabına təhsil alırsa, ondan Azərbaycan dili biliyini tələb etmək haqqımız da var. Eyni zamanda müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə göstərici 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə yarıbayarı nəticə göstərən müəllimi işə götürməyə məcburuq, çünki başqası yoxdur".

Seçilən
20
17
hafta.az

10Mənbələr