AZ

FİFA agenti: "Saşa İliçdən inanılmaz nəticələr gözləyirlər, Rəfiyev doğru seçim edib"

FİFA agenti, vaxtı ilə “Qarabağ”ın formasını geyinmiş Boyan İliç Sportal.az saytına açıqlama verib. 

O, “Sumqayıt”a həmyerlisi, Saşa İliçin baş məşqçi təyin edilməsinə münasibət bildirib. Boyanın fikrincə, Saşa İliç Azərbaycanda uğur qazana bilər:

“Saşa İliçin “Sumqayıt”a baş məşqçi təyin edilməsindən xəbərdaram. Ondan nəticə gözləyirlər. Təbii ki, Saşa perspektivli məşqçidir. O, ağıllı futbolçu idi. İndi də məşqçi kimi bu cürdür. Çalışdırdığı komandalarda yaxşı iş ortaya qoyub. Bunun özü də çox şeydən xəbər verir”.

Boyan həmyerlisinin onunla Azərbaycan futbolu ilə bağlı söhbət etmədiyini deyib:  “Düzü, kənardan hiss olunur ki, azca həyəcan var. Ondan inanılmaz nəticələr gözləyirlər. Saşa hələ ki mənimlə danışmayıb. “Sumqayıt”da serb futbolçular olacaq, ya yox məsələsinə gəlincə, bunu zaman göstərəcək. Ola da bilər, olmaya da. Hər halda, onlar ən yaxşıları seçəcəklər. Fikrimcə, Riad Rəfiyev Saşa İliçi gətirməklə doğru seçim edib”.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
4
2
sportal.az

3Mənbələr