AZ

Tarix Əliyevin məhkəməsi olub

ain.az bildirir, Axsham.az portalına istinadən.

Bu gün Nərimanov Rayon Məhkəməsində produser, aparıcı Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib.

Axşam.az xəbər verir ki, bir müddət əvvəl Tolikin sosial şəbəkədə canlı yayımda məhkumları təhqir etməsi ilə bağlı iddialar yayılmışdı. T.Əliyev isə açıqlama yayaraq, elə bir şey etmədiyini bunların sadəcə şayiə olduğunu bildirib. Bu məsələdən sonra məhkumlardan birinin həyat yoldaşı Toliki məhkəməyə verib.

Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilib.

T.Əliyevin vəkili Ramil Vəliyev məsələ ilə bağlı danışaraq xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu deyib. O bildirib ki, şikayət həm də qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Tarix Əliyevdən şikayət vermiş şəxs təhqir edilməyib, həmin şəxsin hər hansısa bir hüquqları pozulmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
axsam.az

1Mənbələr