Azərbaycan şahmatçısı Xaqan Əhməd "Lankəran Open"də vahid lider olub.
İdman.biz xəbər verir ki, o, yarış başlayandan bəri ardıcıl dörd qələbə qazanıb və bu, gənc beynəlxalq ustaya turnir cədvəlinin zirvəsində təkbaşına qərarlaşmağa imkan verib.
Xaqan 4 xal toplayıb və ən yaxın izləyicisi Elmar Atakişiyevi yarım xal qabaqlayır.
Turnirin reytinq favoriti Vitali Bernadski 3-cü yerə yüksəlib. Ukraynalının 3 xalı var.
Qeyd edək ki, “Lankaran Open” Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.
İdman.biz