AZ

Qeyri sabit hava şəraiti ilə bağlı YENİ AÇIQLAMA

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ölkəmizdə yay mövsümünün sərin keçməsi turizmə mənfi təsir göstərdi, ölkəyə gələn turistlərin sayı azaldı”.

News24.az xəbər verir ki bunu Musavat.com-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, xaricdən gələn turistlərin sayı onsuz da regionda baş verən münaqişələrlə əlaqədar azalmışdı. Lakin havaların soyuq keçməsi sahilyanı ərazilərdə istirahət edən yerli turistlərin də sayına mənfi təsir edib:

“Sahilyanı ərazilərdə hotellər, obyektlər boş qaldı. Qeyri-sabit hava nəticəsində çimərliklərdə yerləşən obyektlərin gəlirliliyi azaldı. Çünki onlar üçün bir gün belə müştərisiz qalmaq böyük zərər deməkdir. Dənizkənarı hotellər əsasən yay mövsümündə qazanc götürür. Lakin bu il həmin hotellər doluluğu tamamlaya bilmədi”. Pepperoni pizza

Ekspert qeyd edib ki, Azərbaycanda turizmin vəziyyəti əvvəlki illərlə müqayisədə daha passivdir:

“Turizmin zəifləməsinə həm sərin yay, həm də regionda və qonşu ölkələrdə baş verən silahlı münaqişələr təsir edir. Münaqişələr səbəbindən bəzi ölkələrdə hava məkanlarının bağlanması Azərbaycana uçuşları çətinləşdirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
6
news24.az

7Mənbələr