AZ

FİFA reytinqi açıqlandı: Azərbaycan millisi yenə gerilədi

FİFA milli komandalarının iyul ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası daha üç pillə geriləyərək, 1148 xalla 119-cu yerdən 122-ci yerə enib.

Bu müddətdə millimiz iki yoldaşlıq oyunu keçirib və nə Latviya (0:0), nə də Macarıstana (1:2) qalib gəlib. Azərbaycanın ən yaxın təqibçisi Qambiya (1,141,36) millisidir. Yığmamızdan bir pillə yuxarıda isə Nigerdir (1,148,22).

Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri reytinqdə aşağıdakı yerləri tutur: Fransa – 3-cü (1862,03), Ukrayna – 26-cı (1557,21), İslandiya – 74-cü (1337,92). Reytinqə isə Argentina (1885,36) başçılıq edir.

saytlarin hazirlanmasi

Seçilən
1
2
sportal.az

3Mənbələr