Fransada Dövlət Maliyyələri Baş Direktorluğunda (DGFiP) bu ilin əvvəlindən 13 nəfər intihar edib, 8 nəfər isə cəhd göstərib.
Manset.az “Le Monde” nəşrinə istinadən xəbər verir ki, intiharların sayı təkcə 6 ay ərzində 2023 və 2024-cü illərlə müqayisədə artaraq rekord həddə çatıb. DGFiP rəhbəri Amélie Verdier rəqəmlərin ciddi narahatlıq doğurduğunu bildirib.
2012-ci ildə qurumda 19 intihar qeydə alınmışdı. Hazırda 94 min əməkdaşı olan DGFiP-də bu problem uzun illərdir davam edir.
İqtisadiyyat naziri Erik Lombard məsələ ilə bağlı bildirib ki, vəziyyət nəzarətdədir və bu hadisələrin təşkilatla birbaşa əlaqəsi olmadığını düşünür.