
ABŞ Prezidenti Donald Tramp Liberiya Prezidenti Cozef Boakainin hər iki ölkədə rəsmi dil olan ingilis dilini “harada belə yaxşı öyrəndiyini” təəccüblə qarşılayıb.
Yeniavaz.com CNN telekanalına istinadla xəbər verir ki, hadisə Trampın Afrika lideri ilə görüşü zamanı baş verib.
Belə ki, Amerika lideri Liberiya Prezidentindən ingilis dilində çox yaxşı danışdığını və belə yaxşı danışmağı harada öyrəndiyini soruşub.