AZ

Keçmiş aparıcı maraqlı hadisə ilə rastlaşıb: “Dərsimi aldım”

Keçmiş aparıcı, hazırda ABŞ-də yaşayan Günel Musəvi (Günel Krişnan) xoşagəlmə hadisə ilə rastlaşıb.

Adalet.az bildiri ki,G.Musəvi bu haqda sosial şəbəkə hesabında məlumat yayıb:

“Adətən antireklam etmirəm, amma istəmirəm ki, kimsə mənim kimi aldansın. Kamranla universitetdən tanış idik, mən arıqlamaq istəyirdim, o, isə biznes qurmaq. Düşündüm ki, bir-birimizi dəstəkləyərik. Dedi ki, həkim və dietoloqlardan ibarət komanda ilə işləyir, hər şey fərdi şəkildə hazırlanır. Pəhriz planı üçün 130 dollar (221 AZN) ödəniş etdim. Pulumu göndərib, analizlərimi paylaşdım. Amma nəticədə “ChatGPT”dən alınmış qrafik və pəhriz planı verildi. Bütün “komanda” sadəcə süni intellekt imiş. Uzun zamandır belə aldanmamışdım. Dərsimi aldım, siz də aldanmayın”.

Əntiqə
 

Seçilən
16
1
adalet.az

2Mənbələr