AZ

Tanınmış aktyor xəstəxanadan EVƏ BURAXILDI: “Çətin günlər geridə qaldı”

Tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov xəstəxanadan evə buraxılıb.

News24.az xəbər verir ki, bunu Yenicag.az açıqlamasında aktyor özü deyib.

İyunun 28-də burnundakı kəskin qanaxma ilə xəstəxanaya yerləşdirilən aktyor səhhətindəki problemin aradan qalxdığını bildirib:

“Çox şükür yaxşıyam, xəstəxanadan evə buraxılmışam. Səhhətimdə yaranan problemlər aradan qalxdı. Bu dəfə də adlatdım, sağlamlığımla bağlı çətin günlər arxada qaldı. Məni taqətdən salan burun qanaxması dayanıb. İndi həyatıma yenidən davam edirəm”.


Seçilən
19
1
news24.az

2Mənbələr