AZ

İtaliya millisinin hücumçusu ərəblərlə razılaşdı

“Atalanta”nın və İtaliya millisinin hücumçusu Mateo Retegi karyerasını Səudiyyə Ərəbistanıda davam eetdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Forvard “Əl Qadsiya” klubu ilə anlaşıb. Səudiyyə Ərəbistanı təmsilçisi transfer üçün “Atalanta”ya 67 milyon avro ödəyəcək.

Keçidin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

Retegi ötən mövsümdə A Seriyasında 36 oyunda 25 qol vurub.

Seçilən
2
1
futbolpress.az

2Mənbələr