AZ

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

2025-2026-cı tədris ilində işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin açılması nəzərdə tutulur.Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib. O bildirib ki, ən azından 10-a yaxın məktəbin açılması gözlənilir.

"Xankəndində 2-ci bir məktəbin də açılması, həmçinin Ağdam, Zəngilan və digər yerlərdə də yeni məktəblərin açılması gözlənilir. Həm kənd, həm də şəhər məktəbləri açılacaq".

Seçilən
40
18
metbuat.az

10Mənbələr