AZ

Kiyev yanır

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, 9-dan 10 iyul gecəsinə keçən gecə Rusiya Ukraynaya kütləvi və kombinə edilmiş hücum həyata keçirib. Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, hücum təxminən 10 saat davam edib. Hava həyəcan siqnalı da eyni müddətdə işləyib. Bu müddət ərzində Rusiya ordusu Ukrayna ərazisinə 18 qanadlı və ballistik raket, həmçinin təxminən 400 zərbə tipli pilotsuz uçuş aparatı (PUA) buraxıb. Onlardan təxminən 200-ü “Geran” tipli dron olub.

Zelenski qeyd edib ki, gecə hücumunun əsas hədəfi Kiyev və Kiyev vilayəti olub. Bundan əlavə, Çerniqov, Sumı, Poltava, Kirovoqrad və Xarkov vilayətlərindəki obyektlər də zərbələrə məruz qalıb.

“Rus Baharı Hərbi Müxbirləri” Telegram kanalı bildirib ki, “Geran” dronları ilə həyata keçirilən hücum nəticəsində Ukraynanın paytaxtında “Artem” zavodu və silah istehsalı və təmiri ilə məşğul olan “Kuznya na Rıbalskom” müəssisəsi vurulub. Hərbi müxbir Yuri Kotyonok isə Ukrayna hərbi-sənaye kompleksi ilə əlaqəli bir sıra sənaye obyektlərinin, o cümlədən “Meridian” və “Analitpribor” müəssisələrinin sexlərinin də zərbələrə məruz qaldığını bildirib.

Seçilən
18
Ajans.az

1Mənbələr