AZ

Fransanın birinci xanımından soyuq reaksiya – Səbəbi məlum oldu

 Fransa prezidenti Emmanuel Makronun Londona səfəri zamanı həyat yoldaşı Bricit Makronun ona məhəl qoymamasının səbəbi məlum olub.


Manset.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Məlum olub ki, birinci xanımın bacısı Anne-Mari Trogneux səfərdən bir həftə əvvəl vəfat edib. Bu faciə Briciti dərindən sarsıdıb. Buna baxmayaraq, o, prezident ərini tək buraxmamaq üçün səfərə qatılıb.

Mənbələr bildirir ki, Makron cütlüyünün davranışındakı gərginlik və emosional fon məhz bu ağır itki ilə bağlı olub.

Seçilən
3
manset.az

1Mənbələr