ABŞ Ordusu və “Lockheed Martin” şirkəti “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi üçün inkişaf etdirilmiş PAC-3 MSE (Missile Segment Enhancement) raketinin uçuş sınağını keçirib.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, “White Sands” Raket Poliqonunda (WSMR) keçirilən sınaq zamanı PAC-3 MSE tutucu raketləri “Air Breathing Threats” (ABTs) tipli hədəfləri ələ keçirib.
Qeyd edilib ki, sınaqda PAC-3 MSE üçün proqram təminatı yeniləmələri və yeni axtarıcı alqoritm dizaynlarından istifadə olunub. Bu təkmilləşdirilmiş imkanlar “Patriot” HHM sisteminin mürəkkəb və mübahisəli mühitlərdə yeni yaranan təhdidlərə qarşı daha effektiv mübarizə aparmasına şərait yaradır.