AZ

Yaponiyada internet sürəti rekordu qırdı: "Netflix"in bazası 1 saniyədə 30 dəfə endirilir

Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun (NICT) və "Sumitomo Electric Industries"in tədqiqatçıları saniyədə 1,02 petabits məlumat ötürmə sürətinə nail olan dünyanın ən sürətli internet bağlantısı yaradıblar.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sürət sayəsində hətta məşhur "Netflix" arxiv bazası 1 saniyədə 30 dəfə endirilə bilər.

Məlumata görə, yeni texnologiya standart 0,125 mm diametrli örtüklü xüsusi 19 nüvəli optik lifdən istifadə edir: "Bu, onu mövcud infrastrukturla uyğunlaşdırır və digər sabit genişzolaqlı internet trafikindən azı 26 dəfə çox məlumat ötürməyə imkan yaradır. Bir sözlə, 1,02 petabayt sürət saniyədə bir milyon giqabaytdan çox məlumatı ötürür. Bu, Netflix-in bütün məzmun arxivini cəmi bir saniyə ərzində 30 dəfə endirməyə imkan verir. Bu, optik rabitə texnologiyasında indiyə qədər qeydə alınmayan böyük üstünlükdür. Dünyada ilk dəfə olaraq standart optik lifdən istifadə etməklə 1000 kilometr məsafədə petabit səviyyəli məlumat ötürülməsi uğurla həyata keçirilib. Bu, post-5G kommunikasiya sistemlərinə keçiddə mühüm mərhələdir...".

Lamiyə Əhmədli
MİA.AZ

 

Seçilən
7
1
mia.az

2Mənbələr