AZ

Diyarbəkirdə milli neft axtarışları genişlənir

BAKI, TurkicWorld

TPAO Diyarbəkirdə neft axtarışlarını daha iki il davam etdirəcək.

TurkicWorld xəbər verir ki, Türkiyə Neft Şirkətinin (TPAO) Diyarbəkir əyalətindəki quru yatağında həyata keçirdiyi neft kəşfiyyat işlərinin müddəti iki il uzadılıb.

Bu barədə qərar Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi tərəfindən Rəsmi Qəzetdə yayımlanıb.

Qərara əsasən, 25.370 hektarlıq ərazidə aparılacaq kəşfiyyat işləri bölgənin karbohidrogen ehtiyatlarını araşdırmaq və bu potensialı artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, TPAO son illərdə həm dəniz, həm də quru sahələrində aparılan kəşfiyyat işləri ilə Türkiyənin enerji müstəqilliyi strategiyasında mühüm rol oynayır.

Seçilən
45
turkic.world

1Mənbələr