Saglamolun saytından verilən məlumata görə, ain.az xəbər verir.
“MAARİFLƏNDİRMƏK ÜÇÜN” Bu gəlincik 1-ci tip diabetli ilk Barbidir. Supermodel Kate Mossun qızı Lila maarifləndirmək, təmsilçiliyi gücləndirmək və uşaqları ruhlandırmaq üçün 1-ci tip diabetli ilk “Barbi”ni satışa çıxarıb.1-ci tip diabetlə mübarizədə qlobal rol modeli olan 22 yaşlı Moss eyni zamanda özünəməxsus gəlinciyi almaqdan şərəf duyduğunu deyib. Layihə uzun illərdir 1-ci tip diabetlə yaşayan insanlar üçün tədqiqat və dəstək fəaliyyətləri həyata keçirən Breakthrough T1D təşkilatı ilə birgə hazırlanıb. Yeni Barbie davamlı qlükoza monitoru (CGM), insulin pompası və 1-ci tip diabetli uşaqların şəxsi təcrübəsindən yaxşı tanıdığı aksesuarlar taxır.Xatırladaq ki, hazırda dünyada 18 yaşına qədər uşaq və yeniyetmələrdən 10 milyonuna 1-ci tip diabet diaqnozu qoyulub.
Saglamolun.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.