İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilir.
Day.Az xəbər verir ki, nümayəndə heyətlərinin üzvləri danışıqlar otağını tərk ediblər. Görüş təkbətək formatda davam edir.