AZ

Murad Musayev: "Sabah" sonuncu pillədə gedirdi, növbəti mövsüm isə gözəl futbolla gümüş qazandıq"

“Sabah”ın sabiq baş məşqçisi, hazırda Rusiyanın “Krasnodar” klubuna rəhbərlik edən Murad Musayev ölkəmizdə işlədiyi dövrünü xatırlayıb.

Sportal.az xəbər verir ki, “СПОРТ-ЭКСПРЕСС” nəşrinə açıqlama verən Musayev bunları deyib:

“Mən Azərbaycana gedəndə biz orada çoxlu yeni şeyləri sınamağa başladıq, təzə ideyalar, emosiyalar, əla nəticələr var idi. Mən bu işdən qürur duyuram ki, o vaxt yeni, indi ölkənin böyük klubu olan, Vasili Berezutski ilə kuboku qazandıqdan sonra üçüncü dəfə avrokuboklarda çıxış edəcək. Onda isə “Sabah” sonuncu yerdə gedirdi və mövsümün sonunda beşinci yeri tutmuşduq. Növbəti mövsümdə isə hibrid sxemlərlə gözəl futbol oynayaraq artıq əsl gümüş medallar qazandıq. Bütün çətinliklərdən, şübhələrdən keçməli olduq. “Krasnodar”a qayıtmaq isə asan deyildi. Uğur qazanmaq üçün bütün bunlardan keçməliyik”.

saytlarin hazirlanmasi

Seçilən
6
1
sportal.az

3Mənbələr