AZ

Avstraliyada həbsxanada məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avstraliyanın cənub-şərqindəki Yeni Cənubi Uels ştatında məhbuslarla yaxınlarını ziyarət etməyə gələn şəxslər arasında dava düşüb, hadisəyə həbsxana nəzarətçiləri də qarışıb.

Oxu.Az bu barədə "The Daily Mail" nəşrinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, insident Sidneydən 210 kilometr məsafədə yerləşən Baterst İslah Mərkəzində baş verib.

Belə ki, 29 yaşlı qadın həbsxanada olan 36 yaşlı sevgilisi ilə görüşə gəlib. Lakin qısa müddət sonra cütlüyün sözü düz gəlməyib və onlar əlbəyaxa olublar. Mübahisə daha üç ziyarətçinin müdaxiləsi ilə böyüyüb.

Hadisəyə mühafizəçilər də müdaxilə etməli olublar. Onlardan birinin qolu insident zamanı sınıb. Davanı başlayan şəxslər xuliqanlıq ittihamı ilə hakim qarşısına çıxarılıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
oxu.az

1Mənbələr