AZ

Avtomobil qəzası, insult, dəm qazı, xərçəng... - Gənc yaşda vəfat edən yazıçılarımız

Ədəbi istedad insanın içindən püskürən bir alovdur. Onu heç nə söndürə bilməz. Bəzən elə həmin alov insanı yoxluğa aparır. Azərbaycan ədəbiyyatında da elə imzalar var ki, ömür kitabları yarımçıq qapansa da, qoyduqları izlər silinməzdir. Onlar yaşasaydılar, bəlkə də, çağdaş ədəbiyyatın istiqamətini dəyişəcək, sözün sərhədlərini yenidən çəkəcəkdilər. Lakin taleləri yarımçıq bir cümlə kimi sona çatdı.

Burada adlarını oxuyacağınız yazıçı və şairlər nakam ömür yaşamış qələm adamlarımızın bir qismidir.

Mövlud

Mövlud Mövlud (1989-2017)

Özünü 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

İkinci

İkinci Mahmud (1986-2019)

O, Bakıda, yaşadığı evdə ürəktutmasından vəfat edib.

Rauf

Rauf Ra (2001-2024)

O, dəm qazından dünyasını dəyişib.

Həsən

Həsən Kür (1996-2025)

"Sevinc Moll" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atan Həsən Kür müalicə olunub evə buraxılandan bir müddət sonra vəfat edib.

Fərhad

Fərhad Mete (1976-2009)

2009-cu il avqustun 13-də avtomobil qəzasında həlak olub.

Günel Eminli ( 1984-2023)

Xərçəng xəstəliyindən vəfat edib.

Falçı

Zərdüşt Şəfi (1986-2012)

O, 2012-ci il 3 avqust tarixində qan xərçəngindən dünyasını dəyişib.

Unutma

Məlik Cahan (1995-2018)

Özünü dənişə ataraq intihar eləyib.

Hamlet Kazımoğlu (1970-2001)

Ürək çatışmazlığından vəfat edib.

Kamran

Kamran Su (1992-2019)

O, infarktdan dünyasını dəyişib.

İstedadı

Aydın Əfəndi (1959-1996)

1996-cı ildə qəfildən vəfat edən Aydın Əfəndi Şamaxıda dəfn olunub.

metanet-qudsi-vefat-etdi

Mətanət Qüdsi (1997-2024)

Uzun sürən xəstəlikdən sonra vəfat edib.

Murad

Murad Muradov (1986-2024)

İnsult keçirərək xəstəxanaya yerləşdirilən yazıçının həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanlı

Saqif Zeynal ( 1990-2020)

Avtomobil qəzasında vəfat edib.

ferhad-yalquzaq-emalatxanasinda-olu-tapildi

Fərhad Yalquzaq (1973-2025)

Yaşadığı və işlədiyi M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və qanaxmadan dünyasını dəyişib...

Seçilən
17
1
kulis.az

2Mənbələr