AZ

Tokayev Trampa müraciət etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ-la ticarət məsələləri üzrə konstruktiv dialoqa hazır olduğunu təsdiqləyib. 


Manset.az xəbər verir ki, bu barədə onun ABŞ lideri Donald Trampa Vaşinqtonun 2025-ci il avqustun 1-dən Qazaxıstan mallarının idxalına 25 faizlik gömrük rüsumunun tətbiqi barədə açıqlamasından sonra göndərdiyi cavab məktubunda deyilir.

"ABŞ-nin uzunmüddətli ticarət və investisiya tərəfdaşı kimi Qazaxıstan ədalətli, proqnozlaşdırıla bilən, qarşılıqlı faydalı ticarət əlaqələrinin inkişafına sadiqdir", - Tokayev vurğulayıb.

O, həmçinin Astananın rasional həll yolunun hazırlanması üçün dialoqu davam etdirməyə hazır olduğunu qeyd edib və bu məsələdə kompromis əldə olunacağına əminliyini bildirib.

Seçilən
5
1
manset.az

2Mənbələr