AZ

Türkmənistanlı qadın futbolçu özünü Messiyə bənzətdi - VİDEO

BAKI, 10 iyul. TELEQRAF

Qadın futbolçulardan ibarət Türkmənistan milli komandasının üzvü Mariya Çarıyeva özünü Lionel Messiyə bənzədib.

Teleqraf-ın məlumatına görə, sosial şəbəkələrdə "mükəmməl nəhəng hücumçu" ləqəbi ilə tanınan Çarıyeva bu barədə "Sports24.ru" saytına açıqlama verib.

"Qadın futboluna baxmıram. Kişi futbolunun səviyyəsi daha yüksək olduğu üçün izləmək daha maraqlıdır. Yaxşı qadın komandaları da var, amma orada heç kimi tanımıram. Özümü dünya futbolunda Lionel Messiyə bənzədirəm. Onun oyun texnikasını bəyənirəm. Məndə də bu komponent yaxşıdır. Bir dəfə xarici turnirdə qol vurdum, ondan sonra məni Messi adlandırmağa başladılar. Bunu bəyənirəm, amma mən Messi deyil, Mariyayam. Hansısa futbolçunun surəti olmaq istəmirəm. Mən fərdəm", - deyə türkmənistanlı oyunçu bildirib.

Teleqraf Mariya Çarıyevanın oyunundan kadrları təqdim edir:

Seçilən
37
teleqraf.com

1Mənbələr