AZ

“Azdrama”nın yanında qəza: 4 MAŞIN TOQQUŞDU VİDEO YENİLƏNİB

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Əməkdaşımız qəza baş verən ərazidə olub. Qəzadan dərhal sonra hadisə yerinə yol polisi əməkdaşları yaxınlaşıb və qəzanın ərazidə sıxlığıa səbəb olmasının qarşısını alıb. Yol polisinin bildirdiyinə görə, hadisə zamanı 4 avtomobilə ziyan dəyib. Havanın yağıntılı olması avtobus sürücüsünə Şıxəli Qurbanov küçəsinə dönərkən çətinlik yaradıb. Nəticədə, avtobus əks-yola çıxıb və “Nizami” metrosu tərəfdən gələn “Hyundai” markalı 99-EN-355 qeydiyyat nişanlı avtomobillə toqquşub. O isə öz növbəsində “Toyota Prado” və “Toyota RAV-4” markalı maşınlara çırpılıb. Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Şəxsin kimliyi ilə bağlı araşdırmalar hələ də davam etdirilir.

Hadisə ilə əlaqədar “BakuBus” MMC-dən saytımıza verilən açıqlamada bildirilib ki, bu gün saat 08:45 radələrində “BakuBus” MMC-nin balansında olan və 2 nömrəli marşrut xətti üzrə hərəkətdə olan 77-JS-491 dövlət qeydiyyat nişanlı avtobus, Füzuli küçəsindən Şıxəli Qurbanov küçəsinə dönən zaman sürücü idarəetməni itirib, qarşı hərəkət zolağına çıxıb və nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib:

“Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır və əlavə məlumat veriləcəkdir”.

***09:23

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub.

Avtosfer.az oxu.az-a xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu Şıxəli Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil ilə "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu toqquşub.

Hadisə zamanı nəqliyyat vasitələrinə ziyan dəyib. Sərnişinlər avtobusdan düşürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
avtosfer.az

1Mənbələr