AZ

Sertifikatlaşdırmada iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb

Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazana bilib və 1657 nəfərin əmək müqaviləsinə xitam verilib.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

“Məsələn, xarici dil fənni üzrə Astara rayonunda fəaliyyət göstərən hər 3 müəllimdən biri ilə əmək müqaviləsinə son verilib. Sertifikasiyadan keçə bilməyən müəllimlər 80 minə yaxın uşağa dərs keçirdi”, - deyə nazir əlavə edib.

Nazir əlavə edib ki, təxminən 45 faiz müəllim gələn ildən 1000 manat və daha yüksək əməkhaqqı alacaq: "500 manata qədər əməkhaqqı alan müəllimlərin sayı 17 min 492 nəfər, 500–1000 manat arasında maaş alanlar 49 min 757 nəfər, 1000–1500 manat 39 min 296 nəfər, 1500–2000 manat arasında maaş alan müəllimlər 12 803 nəfər, 2000 manat və daha artıq maaş alanlar isə 399 nəfərdir".

Seçilən
11
11
xezerxeber.az

10Mənbələr