AZ

Misrətdin İskəndərov Türkiyədə turnirin liderlər qrupuna daxil olub

Azərbaycan şahmatçısı Misrətdin İsgəndərov Türkiyənin Dənizli şəhərində keçirilən beynəlxalq turnirdə liderlər qrupuna düşüb.

İdman.biz xəbər verir ki, o, ilk turdakı heç-heçədən sonra ardıcıl üç oyunda qalib gəlib.

3,5 xal toplayan İskəndərov daha üç iştirakçı ilə birlikdə turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Yeddinci yerdə olan daha bir şahmatçımız Şiroğlan Talıbov onlardan yarım xal geri qalır.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olacaq turnirdə ümumilikdə 82 şahmatçı iştirak edir.

İdman.biz

Məqalədə:
Seçilən
9
1
idman.biz

2Mənbələr