AZ

"Amazon" bu şirkətə sərmayəni artıracaq

"Amazon" şirkəti süni intellekt sahəsində fəaliyyət göstərən "Anthropic" firmasına milyardlarla dollar dəyərində əlavə sərmayə yatırmağı nəzərdən keçirir. 

Valyuta.az xəbər verir ki, keçən ilin noyabrında "Amazon" bu şirkətə artıq 8 milyard dollar sərmayə qoyub. Yeni investisiya planı isə tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlib. "Anthropic" məsələ ilə bağlı şərh verməkdən imtina edib, "Amazon" isə "Reuters"in sorğusuna hələlik cavab verməyib.

Planlaşdırılan yeni investisiya "Amazon"un "Anthropic"də əsas səhmdarlardan biri kimi mövqeyini qorumasına kömək edəcək. Hazırda "Google" şirkəti də bu startapa 3 milyard dollardan artıq sərmayə qoyub.

"Anthropic ilə aramızda ortaq və vacib hədəflərin olduğunu tez başa düşdük. Hazırkı sərmayənin həcmi bizim bu sahədəki iddialarımızı əks etdirir", – deyə "Amazon"un qlobal korporativ inkişaf üzrə vitse-prezidenti Den Qrossman bildirib.

"Amazon" bu addımı ilə süni intellekt sahəsində nüfuzunu artırmağa çalışır. Belə ki, "OpenAI" və "Google" kimi rəqiblər artıq istifadəçi yönümlü süni intellekt modellərində irəliləyiş əldə ediblər. Şirkətlər, eyni zamanda, bu sahədə aparıcı mütəxəssisləri cəlb etmək üçün yaradıcılıq əsaslı işə qəbul üsullarından da istifadə edirlər.

Sərvanə Rəmixanova

Seçilən
52
valyuta.az

1Mənbələr