“Atletiko”nun futbolçusu Anxel Korrea karyerasını Meksikada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 30 yaşlı cinah oyunçusu “Tiqres”lə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Korrea 2015-ci ildən “Atletiko”da çıxış edirdi. O, Madrid təmsilçisi ilə 469 oyunda 88 qol vurub, 65 məhsuldar ötürmə edib.