AZ

Tramp  mis idxalına 50% rüsum tətbiq etdi

ABŞ prezidenti Donald Tramp ABŞ-a mis idxalına 50% rüsum tətbiq etdiyini açıqlayıb.Vətəninfo.az xəbər verir ki , bu barədə prezident “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Milli təhlükəsizliyimizi hərtərəfli qiymətləndirərək, 2025-ci il avqustun 1-dən misə 50% rüsumun tətbiqini elan edirəm”, – Tramp bildirib. 

Prezidentin sözlərinə görə, ABŞ-ın misə yarımkeçiricilər, təyyarələr, gəmilər, döyüş sursatları, akkumulyatorlar, radar sistemləri, raketdən müdafiə sistemləri, hipersəs silahlarının istehsalı, məlumatların emalı mərkəzlərinin tikintisi sahələrində ehtiyac var.

“Mis Müdafiə Nazirliyi tərəfindən ən çox istifadə edilən ikinci materialdır”, – ABŞ lideri vurğulayıb. Onun sözlərinə görə, mis idxalına rüsumların tətbiqi keçmiş prezident Co Baydenin əvvəlki administrasiyasının buraxdığı səhvləri düzəldəcək.

Seçilən
39
veteninfo.az

1Mənbələr