AZ

Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 10 iyul, AZƏRTAC

Bu gün Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Sabir Əhmədlinin anadan olmasının 95-ci ildönümü tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısının həyat və zəngin yaradıcılıq yolundan bəhs edən biblioqrafik icmal və videomaterial hazırlanıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən biblioqrafik icmalda Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin “Sabir Əhmədli: nəsr ustası” adlı məqalənin tam mətni, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Biblioqrafik icmalda Sabir Əhmədlinin əsərləri, “Ön söz” yazdığı kitabların, haqqında qələmə alınan nəşrlərin, məqalələrin biblioqrafik icmalı, yazıçının dövri mətbuatda dərc edilən yazılarının siyahısı verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan icmalda müəllifin müxtəlif illərdə dərc edilən “Yazılmayan yazı”, “Kütlə” “Gedənlərin qayıtmağı”, “Mavi günbəz”, “Yasamal gölündə qayıqlar üzürdü” və haqqında qələmə alınan “Yasaq ədəbiyyatın yaradıcısı”, “Sabir Əhmədli yaradıcılığında dissident motivlər və müstəqillik” kimi 20-dən çox kitabın qısa annotasiyası və biblioqrafik təsviri təqdim edilir.

“Xalq yazıçısı Sabir Əhmədli 95” adlı videomaterialda yazıçının tələbəlik illəri, ilk ədəbi yaradıcılıq nümunələri, “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında 30 ildən çox çalışdığı fəaliyyəti haqqında məlumat verilir. Materialda Xalq yazıçısı Sabir Əhmədlinin yüksək vətəndaşlıq hissləri ilə qələmə alınmış əsərləri ilə ədəbiyyatımıza böyük xidmət göstərməsi və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynaması diqqətə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Sabir Əhmədlinin müxtəlif illərdə səfərlərdə və görüşlərdə lentə alınan görüntüləri də sərgilənir.

“Xalq yazıçısı Sabir Əhmədli 95” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
azertag.az

2Mənbələr