AZ

Mingəçevirdə ölüm- təmir işləri aparan şirkət ŞÜBHƏ ALTINDADIR

 Ajans.az saytı hadisə haqqında  ətraflı məlumat əldə etmək üçün Mingəçevir şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.  Qurumdan saytımıza bildirildi ki, hadisə ilə əlaqədar  Mingəçevir şəhər İcra Hakimiyyətinin ön fasad hissəsinin əsaslı təmir işlərinin katirovka sorğusu prosedurunun qalibi "LİDER-LİNE" MMC şirkətinin  nümayəndələri ilə əlaqə saxlayaq.  Ajans.az şirkət ilə əlaqə saxlamaq istəsə də, açıq mənbələrdə heç bir əlaqə vasitəsinə rast gəlməyib.  Lakin şirkət haqqında bir sıra məqamlar ortaya çıxıb.  Belə ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LİDER-LİNE” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 20.04.2018 -ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. “Lider Line” şirkəti 2021-ci ildən Mingəçevirdə abadlıq-təmir işləri aparır. Mingəçevir Şəhər İcra Hakimiyyətinə tabeli qurumların abadlıq-təmir işləri ilə bağlı keçirdiyi tenderlərin qalibi bu şirkət seçilib. Şirkətin ilk adı "Lider-NN” MMC olub.  Lider-Line" MMC-nin fəaliyyət profili, inşaat sahəsində fəaliyyəti üçün  müvafiq lisenziyaları, mühəndis və işçi heyəti barədə açıq mənbələrdə məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi Aslanov Ramil Rafail oğludur. Ramil Aslanovdan əvvəl şirkətin qanuni təmsilçisi Əsgərov Namizəd Şahmar oğlu olub.
Lakin heç bir mənbədə şəxs haqqında açıq məlumatlar yoxdur. 

Ajans.az Qlobal.az-a istinadən xəbər verir ki, şirkət Mingəçevirdə ətriyyat və geyim məhsullarının satışı ilə məşğuldur.

Seçilən
13
Ajans.az

1Mənbələr