AZ

Emin Əmrullayev: Uğur qazanmayan müəllimlərin əvəzlənməsi dərs yükünə təsir edib

Uğur qazanmayan müəllimlərin əvəzlənməsi dərs yükünə təsir edib.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, ibtidai sinif müəllimləri üzrə orta dərs yükü 2022–2023-cü tədris ilində 19 saat, 2024–2025-ci tədris ilində 20.6 saat təşkil edib: “Azərbaycan dili və ədəbiyyat müəllimləri üzrə orta dərs yükü 2022–2023-cü tədris ilində 20.4 saat, 2024–2025-ci tədris ilində 21.5 saat olub. Sertifikatlaşdırma nəticəsində vakant qalan dərs saatlarının daha səmərəli bölüşdürülməsi mümkün olub”.

Seçilən
13
1
xezerxeber.az

2Mənbələr