
Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) daha bir hərbçisi öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzzanın cənubunda gedən döyüşlər zamanı mühəndis bölməsindən olan 25 yaşlı baş serjant Abraham Azulaiy həlak olub.