AZ

Hindistanda musson fəlakəti - Ölənlərin sayı 85-ə çatdı

Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında güclü leysan yağışlarının yaratdığı daşqınlar, torpaq sürüşmələri və yol qəzaları nəticəsində həyatını itirənlərin sayı 85-ə yüksəlib.


Manset.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.

Məlumata görə, iyunun 20-dən etibarən bölgədə davam edən intensiv musson yağışları ciddi dağıntılara və insan tələfatına səbəb olub.

Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət Mərkəzinin (SDMA) açıqlamasına əsasən, daşqınlar, torpaq sürüşmələri və qəfil leysanlar nəticəsində 54 nəfər həyatını itirib. Bundan əlavə, baş verən yol qəzalarında daha 31 nəfər ölüb.

Rəsmilər bildirir ki, təbii fəlakət nəticəsində əyalət üzrə 204 avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Hazırda sel sularında qalanların axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında müşahidə olunan musson yağışları hər il xüsusilə Hindistanda genişmiqyaslı fəlakətlərə və insan tələfatına səbəb olur.

Seçilən
5
manset.az

1Mənbələr