AZ

Azərbaycan BMMT-nın Baş katibiliyi vəzifəsinə namizəd irəli sürdü

BAKI, 10 iyul. TELEQRAF

Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibiliyi vəzifəsinə namizəd irəli sürəcək.

Teleqraf xəbər verir ki, bu Prezident İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətində yer alıb.

Qeyd olunub ki, müasir dünyamızda artan risklər fonunda dövrün çağırışlarına cavab verə bilən, ona uyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektiv aləti kimi güclü Beynəlxalq Mülki Müdafiə Təşkilatının olması olduqca labüddür:

"Məhz bu kontekstdə, sessiya zamanı keçiriləcək Baş katib vəzifəsinə seçkilər təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyən olunmasında həlledici mərhələ olacaqdır. Seçkiyə təqdim olunan namizədlər arasında Azərbaycan Respublikasının nümayəndəsi də yer almaqdadır. İnanıram ki, ölkəmizi təmsil edən nümayəndə Baş katib seçiləcəyi təqdirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəaliyyətində səmərəliliyin artırılması, şəffaflığın təmin olunması və hesabatlı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşların tam etimad bəslədiyi, çevik və effektiv bir təşkilati modelin formalaşdırılması istiqamətində ardıcıl və prinsipial səylər göstərəcəkdir".

Seçilən
30
teleqraf.com

1Mənbələr