AZ

Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil Nazirdən açıqlamalar

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Növbəti il Azərbaycandakı bütün müəllimlər sertifikasiya imtahanından keçmiş olacaq".

Mia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə deyib.

Nazir bildirib ki, indiyə qədər  7 min 318 müəllim uğursuz nəticə göstərib: "Biz başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyən müəllimin məktəbdə tədris aparması düzgün deyil. Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil. Mərhələli şəkildə müəllimlər standartlara cavab verən mütəxəssislər olmalıdır”.

Nazir əlavə edib ki,  sertifikasiya prosesində riyaziyyat fənni üzrə ən yüksək nəticələr Siyəzən, Sumqayıt, Xaçmaz, Mingəçevir və İsmayıllıdan olub: "Ancaq məsələn, sertifikasiya prosesində Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə əmək müqaviləsinə xitam verilib. Bleə zəif nəticələr də var".

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
mia.az

4Mənbələr