AZ

Bakıda 14 yaşlı qız itkin düşdü

Bakıda 14 yaşlı qız itkin düşüb.
 
Moderator.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.
 
Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 57-də yaşayan Emin Hüseyn oğlu Hüseynov polisə müraciət edərək, iyunun 8-də saat 15 radələrində 2011-ci il təvəllüdlü qızı Rüqəyya Hüseynlinin birgə yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
16
1
moderator.az

2Mənbələr