“Roma”nın futbolçusu Eldar Şomurodov karyerasını Türkiyədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, özbəkistanlı hücumçu “Başakşəhər”lə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 30 yaşlı futbolçu 2025/26 mövsümün icarə əsasında Super Liqa təmsilçisində keçirəcək.
Şomurodov ötən mövsüm “Roma”da 27 oyunda 4 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.