
ABŞ avqustun 1-dən Braziliyadan idxal olunan mallara 50% gömrük rüsumunun tətbiq edilməsinə qərar verib.
Yeniavaz.com xəbər verir ki, bunu Amerika administrasiyasının rəhbəri Donald Tramp sosial şəbəkə səhifəsində elan edib.
Belə ki, o, sosial şəbəkə səhifəsində 50%-lik gömrük rüsumunu da əhatə edən Braziliya Prezidenti Luis İnasiu Lula da Silvaya ünvanlanmış mesajın mətnini dərc edib.
“Əgər Braziliya cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Braziliya ilə bağlı tarif dərəcəsini onun təyin etmək qərarına gəldiyi məbləğ qədər artıracaq”, - deyə Tramp xəbərdarlıq edib.