AZ

Ərdoğanın yüksək vəzifə verdiyi şəxs GÖRÜN KİM İMİŞ - George MASON universitetində... - DETALLAR

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vacib kadr dəyişikliyinə imza atıb. “Resmi Gazete”də yayımlanan məlumata əsasən, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun vəzifədən azad edilib. Onun yerinə Türkiyənin xarici işlər nazirinin müavini Burhanəddin Duran təyin olunub.

Fahrettin Altun isə prezidentin sərəncamı ilə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) rəhbəri təyin edilib.

Musavat.com Ərdoğanın yüksək səlahiyyət verdiyi Burhanəddin Duranın dosyesini təqdim edir:

686ee07f19611fdddfb69fac.jpg

Burhanəddin Duran 1971-ci ildə Sakarya Adapazarıda anadan olub. O, lisey təhsilini Sakarya Adapazarı İmam Hatip məktəbində davam etdirib və 1989-cu ildə məzun olub. 1991-ci ildə Atilla Ardı Arkan və Kadir kimi digər məzunlarla birlikdə Sakarya İmam Hatip Liseyi Məzunları və Üzvləri Dərnəyini (SİMDER) qurub.

Duran 1993-cü ildə Boğaziçi Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 1993-2001-ci illərdə Bilkent Universitetinin Siyasi Elm və Dövlət İdarəçiliyi bölməsində magistratura və doktorantura təhsilini tamamlayıb. Müxtəlif universitetlərdə çalışmış Duran 2006-cı ildə dosent, 2013-cü ildə isə professor olub.

O, 1993-2001-ci illərdə Sakarya Universitetinin Dövlət İdarəçiliyi Departamentində elmi işçi, 2001-2009-cu illərdə isə Sakarya Universitetində Beynəlxalq Əlaqələr Departamentində müəllim vəzifəsində çalışıb. 2006-cı ildə Sakarya Universitetində dosent olub.

2003-cü ildə Duran və həmkarları Sakarya Universitetində Bilgi Evi adı altında təhsil və mədəniyyət fəaliyyətləri ilə məşğul olan qeyri-hökumət təşkilatı qurublar. 2006-cı ildə təşkilatın adı Sakarya Məlumat və Mədəniyyət Mərkəzi olaraq dəyişdirilib.

686ee0b119611fdddfb69fb0.jpg

Duran 2009-cu ildə İstanbul Şehir Universitetində Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Departamentinin müdiri vəzifəsində çalışıb. 2010-2011-ci illərdə George Mason Universitetində qonaq alim olub. 2013-cü ildə SETA-nın İstanbul bölməsinin baş koordinatoru vəzifəsinə təyin edilib. O, SETA-nın İstanbul ofisinin ilk koordinatoru olub və daha sonra onu Fahrettin Altun əvəzləyib. Duran 2014-cü ildə Ankaraya köçüb və SETA-nın baş koordinatoru olub.

Türk düşüncə tarixi, türk xarici siyasəti, islamçılıq, Avropa, demokratiya və vətəndaş cəmiyyəti mövzusunda müxtəlif kitab və jurnallarda türk və ingilis dillərində məqalələr dərc etdirən Duranın 19-cu Dönem Parlament Tarixi (3 cild) adlı kitabı da nəşr olunub.

O, “The Triumph of Turkish Democracy: The July 15 Coup Attempt And Its Aftermath”, “Türkiye’de Siyasal Sistemin Dönüşümü ve Cumhurbaşkanlığı Sistemi”, , “İran Yaptırımları”, “Ortadoğu'da Devlet Dışı Silahlı Aktörler”, “Libya Krizi: Bölgesel ve Küresel Aktörlerin Politikaları”, “Doğu Akdeniz: Türkiye’nin Hakları” başlıklı kitapları derlemiştir. Duran ayrıca, “Dönüşüm Sürecinde Türkiye”, “Dünya Çatışma Bölgeleri I-II”, “Ortadoğu Yıllığı 2008” ve 2009-2019 yılları arasında yayımlanan “Türk Dış Politikası Yıllığı” adlı əsərlərin də redaktorları arasındadır.

Burhanəddin Duranın vəzifələri isə aşağıdakı kimidir:

686ee06119611fdddfb69faa.jpg

2025 - Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri
2018 - Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü
2022-2024 - Fakültə üzvü, Beynəlxalq Əlaqələr, Ankara Sosial Elmlər Universiteti
2017-2022 - Fakültə üzvü, İbn Haldun Universiteti Siyasi Elm və Beynəlxalq Münasibətlər fakültəsi
2015-2017 - Fakültə üzvü, Beynəlxalq Əlaqələr, Ankara Sosial Elmlər Universiteti
2014-2024 - Baş Koordinator, SETA
2013-2014 - Baş Koordinator, SETA, İstanbul
2010-2011 - Qonaq Alim, George Mason Universiteti
2009-2015 - İstanbul Şehir Universiteti Siyasi Elm və Beynəlxalq Əlaqələr Departamentinin müdiri
2006-2009 - Sakarya Universiteti, Beynəlxalq Əlaqələr Şöbə Müdiri
2001-2006 - Müəllim, Beynəlxalq Əlaqələr, Sakarya Universiteti
1993–2001 - Tədqiqatçı, Sakarya Universiteti, Dövlət İdarəçiliyi Bölümü

Musavat.com

Seçilən
47
1
musavat.com

2Mənbələr