AZ

Əliyev-Paşinyan görüşünün PƏRDƏARXASI: Dubayda bu məsələlər müzakirə ediləcək və sənəd imzalanacaq

“Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə baş tutacaq görüş regionda sülhün bərqərar olunması baxımından mühüm əhəmiyyət daşıyır.“

Bu fikirləri Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov KONKRET.az-a açıqlamasında deyib. Bu görüş indiyədək keçirilən danışıqlar fonunda liderlər səviyyəsində ilk yüksək formatlı tədbir kimi qiymətləndirilə bilər.

Əlibəyovun sözlərinə görə, əvvəlcədən planlaşdırılan bu görüşün əsas məqsədi sülh müqaviləsinin imzalanması üçün zəmin yaratmaq, indiyədək əldə olunan razılaşmaları nəzərdən keçirmək və tərəflər arasında qalan mübahisəli məqamları müzakirə etməkdir.

“Müzakirə ediləcək əsas məsələlər sırasında Zəngəzur dəhlizi, Ermənistan Konstitusiyasına dəyişikliklərin nə zaman həyata keçiriləcəyi və hələ razılaşdırılmayan sülh müqaviləsi müddəaları yer alır.
“Sual olunur ki, bu görüşdə sülh müqaviləsi imzalana bilərmi? Mən buna inanmıram. Amma ehtimal etmək olar ki, hansısa keçici xarakterli sənəd imzalansın. Bu sənəd indiyədək əldə olunan razılaşmaları özündə əks etdirə bilər”, – deyə Əlibəyov vurğulayıb.

Onun fikrincə, görüşün əhəmiyyətini artıran əsas məqam ondan ibarətdir ki, bu prosesin arxasında ABŞ, Türkiyə və Qərb dövlətləri kimi ciddi siyasi güclər dayanır. Onların məqsədi Cənubi Qafqazda Rusiyanın şərtləri ilə deyil, daha çox region ölkələrinin maraqlarına uyğun dayanıqlı sülhün təmin olunmasıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
3
konkret.az

1Mənbələr